AZ

Litva Belarusla sərhəd bağlanmasını yenidən nəzərdən keçirə bilər

BAKI, 12 noyabr. TELEQRAF

Litva ilə Belarus sərhədindəki vəziyyət birbaşa hava məkanında baş verənlərdən asılıdır.

Teleqraf xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Kestutis Budris açıqlamasında bildirib.

“Havada hər şey qaydasında olsa, yerüstü vəziyyət də dəyişəcək,” - Budris qeyd edib.

Nazirin sözlərinə görə, hökumət bu kontekstdə sərhədlə bağlı qərarlarını yenidən nəzərdən keçirməyə hazırdır. O xatırladıb ki, Belarusdan Litvaya siqaret qaçaqmalçılığı üçün istifadə edilən meteoroloji zondlarla bağlı insidentlərdən sonra ölkə 29 oktyabrda sərhədi bir aylığına bağlayıb.

Bu qərardan sonra Belarus ərazisində minlərlə litvalı yük maşını qalıb.

Seçilən
32
teleqraf.com

1Mənbələr