Musavat.com xəbər verir ki, Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi-nəqliyyat təyyarəsində olan bütün heyət üzvləri şəhid olub.
Daha əvvəl bildirildiyi kimi, təyyarədə ümumilikdə 20 hərbçi var idi və onların hamısının həyatını itirdiyi rəsmi şəkildə təsdiqlənib.
Təyyarə hərbiAzərbaycandan Türkiyəyə dönərkən Gürcüstanın dağlıq bölgəsində qəzaya uğrayıb. Axtarış-xilasetmə qrupları çətin relyef və hava şəraitinə baxmayaraq hadisə yerinə çatıb və təyyarənin qalıqlarını aşkarlayıb. Cəsədlərin Türkiyəyə gətirilməsi ilə bağlı proses davam etdirilir.
Bu arada, sosial şəbəkələrin - xüsusilə də "X" platformasının Türkiyə seqmentində - şəhid heyət üzvlərinin fotoları yayılmağa başlayıb. Hadisə Türkiyəni və Azərbaycanı yasa boğub.
Musavat.com bildirir ki, Türkiyə mediası uçuş heyətinin siyahısını da yayıb. Həmin siyahını təqdim edirik.
Gökhan Korkmaz
Serdar Uslu
Nihat İlgen
Cüneyt Kandemir
Emre Mercan
Nuri Özcan
Ümit İnce
Burak Özkan
Emrah Kuran
Hamdi Armağan Kaplan
Akın Karakuş
İlker Aykut
Ramazan Yağız
Emre Altıok
Burak İbbiği
İlhan Ongan
Berkay Karaca
Ahmet Yaşar Kuyucu
Cem Dolapçı
Emre Sayın
Rəsmi dairələr şəhidlərin bioqrafik məlumatlarının yaxın saatlarda açıqlanacağını bildirir.
Hazırda həm qəzaya səbəb olan texniki və ya hava amillərinin araşdırılması, həm də hadisə ilə bağlı rəsmi ekspertizalar davam edir.
Türkiyədə hadisə ilə bağlı 1 günlük milli matəm elan olunacağı gözlənilir. Dövlət rəhbərliyi şəhidlərin ailələrinə dəstək göstəriləcəyini açıqlayıb.





