AZ

Ukraynalı uşaqların işgəncəyə məruz qaldığı məlum olub

Musavat.com xəbər verir ki, Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak “Bring Kids Back UA” təşəbbüsü çərçivəsində işğal altındakı ərazilərdən bir qrup uşağın xilas edildiyini bildirib.

Yermak qeyd edib ki, qaytarılan uşaqlardan bəziləri psixoloji və fiziki zorakılığa məruz qalıb. Onların arasında 10 yaşlı bir qız da var – o, ukraynalı olduğu üçün məktəbdə həmyaşıdları tərəfindən qorxudulub, kiçik qardaşları isə uşaq bağçasında rus mahnıları oxumağa məcbur edilib.

Digər 7 yaşlı qız və onun 2 yaşlı qardaşı analarının rus həkimlərinin səhlənkarlığı nəticəsində həlak olduğunu, daha sonra isə işğal administrasiyasının onları internata göndərmək istədiyini bildirib.

19 yaşlı bir gəncin isə rus hərbçiləri tərəfindən döyüldüyü və edamla hədələndiyi, səbəbin isə onun qohumunun Ukrayna Silahlı Qüvvələrində xidmət etməsi olduğu açıqlanıb. O, 18 yaşı tamam olandan sonra zorla hərbi uçota salınıb.

Hazırda uşaqlar təhlükəsiz yerdədir və onlara sənədləşmə və psixoloji dəstək də daxil olmaqla bütün zəruri yardım göstərilir. 

 

Musavat.com

Seçilən
29
musavat.com

1Mənbələr