AZ

Time: Ukrayna Rusiyaya qarşı enerji müharibəsini qazana bilər

Musavat.com xəbər verir ki, Time jurnalı Ukraynanın Rusiya ilə enerji sahəsində apardığı mübarizəni təhlil edərək, Kiyevin bu istiqamətdə üstünlük qazanmaqda olduğunu yazıb.

Nəşrin məlumatına görə, Rusiya davamlı olaraq Ukraynanın enerji infrastrukturuna hücumlar etsə də, Ukrayna da Rusiyanın neft və enerji obyektlərinə qarşı cavab hücumlarını artırıb.

Time qeyd edir ki, 2025-ci ilin ilk aylarında Rusiyada 13 neft emalı zavodu (NEZ) zərbə altına düşmüşdüsə, oktyabrın əvvəlinə bu rəqəm 38 iri NEZ-dən 21-nə yüksəlib. Nəticədə, Rusiyanın neft emalı gücü 38 faiz azalıb, emal həcmi isə son 5 ilin minimum səviyyəsinə enib.

Hazırda Rusiya hökuməti benzin ixracına məhdudiyyətlər tətbiq edib və ölkədə 20 faizlik yanacaq çatışmazlığı müşahidə olunur.

Məqalə müəllifi yazır ki, ruslar artıq enerji müharibəsinin iqtisadi nəticələrini hiss etməyə başlayıblar. Onun fikrincə, əgər Ukrayna Rusiyanın neft obyektlərinə zərbələri davam etdirsə, bu, Kremlin büdcə gəlirlərini kəskin azalda bilər və müharibənin gedişini Ukraynanın xeyrinə dəyişə bilər.

Jurnal vurğulayır ki, bu hücumlar ABŞ-ın Rusiyaya qarşı neft sanksiyaları fonunda həyata keçirilir və əgər Avropa İttifaqı da rus enerji daşıyıcılarından imtina etsə, Kremlin itkiləri kompensasiya etmək üçün “çox az imkanı qalacaq”.

Time yekun olaraq qeyd edir ki, Ukraynanın Rusiyanın enerji obyektlərinə qarşı sistemli zərbələri “müasir hərb tarixinin ən uğurlu strateji addımlarından biri” ola bilər və Ukrayna enerji müharibəsini qazanmaq ərəfəsindədir. 

 

Musavat.com

Seçilən
40
musavat.com

1Mənbələr