Almaniya qış mövsümü ərəfəsində Ukraynaya əlavə olaraq 40 milyon avro məbləğində humanitar yardım ayıracaq.
APA DPA agentliyinə istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohann Vadeful Kanadaya səfəri zamanı açıqlama bildirib.
Yardım vəsaitləri əsasən istilik sistemlərinin bərpasına, dağıdılmış binaların təmirinə, elektrik generatorlarının tədarükünə, eləcə də yorğan, geyim və gigiyena vasitələri kimi zəruri əşyaların təminatına yönəldiləcək.