"Sabah" basketbol klubu bu gün FIBA Çempionlar Liqasında növbəti oyununa çıxacaq.

Offsideplus.az xəbər verir ki, rəqib Fransanın "Elan Şalon" kollektividir.

İlk qarşılaşmada Fransa klubu 84:71 hesabı ilə qələbə qazanmışdı.

"Bayquşlar" ilk qələbəsini qazanmaq istəyir.

Görüş Milli Gimnastika Arenasında baş tutacaq.

FIBA Çempionlar Liqası, B qrupu IV tur

12 noyabr (çərşənbə)

20:00 "Sabah" - "Elan Şalon"

Milli Gimnastika Arenası