AZ

"WUF13"ün milli koordinatoru Anar Quliyev Braziliyanın şəhərlər naziri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və ArxitekturaKomitəsinin sədri və Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cüsessiyasının milli koordinatoru Anar Quliyev, Belen şəhərindəkeçirilən COP30 çərçivəsində Braziliyanın şəhərlər naziri JaderFilho ilə görüşüb.

Trend xəbərverir ki, bu barədə forumun rəsmi "X" hesabında paylaşım edilib.

Görüşdə davamlı şəhər transformasiyası və iqlimədavamlı şəhərplanlaşdırılması sahəsində əməkdaşlığın gücləndirilməsi məsələlərimüzakirə olunub.

Anar Quliyev Braziliya tərəfini COP30-un uğurlu təşkilinə görətəbrik edib və onları 2026-cı ildə Bakıda keçiriləcək "WUF13"dəiştirak etməyə dəvət edib.

Məqalədə:
Seçilən
27
1
az.trend.az

2Mənbələr