AZ

İz gedir Azərbaycan Tarixi Muzeyinə... Həmid Herisçi təyyarə qəzasından yazdı

Kulis.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Kulis.az Həmid Herisçinin təyyarə qəzasında həla olan türk hərbçilərin xatirəsinə həsr etdiyi "İz gedir Azərbaycan Tarix Muzeyinə" şeirini təqdim edir. Gir öz köhnə şalvarının cibinə,

get hər dəfə bir az da, bir az da dərinə

bilmək istəyəndə

Kim? Nə?

Hansı laməkan qüvvə...

Yaddaşında canlananda bir qara kölgə

Öz köhnə şalvarlarının cibinə bax yaxşı-yaxşı

Get, hər dəfə bir az da aşağı...

Tapıbsan,

Artıq ovcundadı...

Cinayərkarın 3D ölçülü səkli...

Gir, öz şalvarının cibinə...

dəyəndə nəsə əlinə...

Çox getmə, daha da dərinə...

Xatırla, oyuncaq dükanından,

Aldığın su tapancasından

ilk cavabsız atəşini necə açdın

bir Sovet zabitinə...

sonra bir küçə itinə.

Axır bir dünya gözəlinə...

Bir az da getsən, dərinə

yol səni özü aparacaq Azərbaycan Tarixi Muzeyinə,

yaxınlaşıb tozlu vitrinə

görəcəksən Azıx mağarasından tapılmış alt çənə,

bu ilk tarixi numunə

Məxsusdu elə adamyeyənə...biləcəksən...

Davam edir

qədim ənənə.

Həlak olanların əziz xatirəsinə..

Məhmədciyə...

Mərsiyə

1991 Qarakənddə... 2024-də Aktauda...

İndi də eyni qüvvədi.

Eyni güvədi.

Eyni güvə.

Çəhrayı çobanyastığı - Sara ibrahimin romanından hissə

“Böyük Qayıdışa aparan yollar” adlı sərgi-təqdimat keçirildi

Milli Dram Teatrının noyabr repertuarı açıqlanıb

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
60
kulis.az

1Mənbələr