AZ

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycanın inkişafı üçün yeni mərhələnin başlanğıcını müəyyən etdi - Ombudsman

Bakı. Trend:

2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elanedilməsi bu tarixi nailiyyətlərin əhəmiyyətini bir daha önəçəkməklə Azərbaycanın gələcək inkişafı üçün yeni mərhələninbaşlanğıcını müəyyən etmiş oldu.

Trend xəbərverir ki, bu fikirləri Azərbaycan Respublikasının İnsan Hüquqlarıüzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Konstitusiya və qanununaliliyi müasir hüquq sistemlərində” mövzusunda BeynəlxalqKonfransda çıxışı zamanı bildirib.

Ombudsman qeyd edib ki, Azərbaycanın dövlət müstəqilliyininbərpası, demokratik dövlət kimi formalaşması və inkişafı görkəmliictimai-siyasi və dövlət xadimi, Ulu Öndər Heydər Əliyevinuzaqgörən siyasəti və tarixi xidmətləri ilə bağlıdır:

"Məhz onun rəhbərliyi ilə hazırlanmış və ümumxalq səsverməsiyolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasındabəyan edilən niyyətlərdən biri də qanunun aliliyini təmin edənhüquqi və dünyəvi dövlətin qurulmasıdır.

Qanunun aliliyi təkcə cəmiyyətin ədalətli və dayanıqlıinkişafının təməl daşı deyil, həm də insan hüquq və azadlıqlarınınən mühüm təminatçısıdır. Bu baxımdan, Konstitusiyamızda insan hüquqvə azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi kimitəsbit olunması insan hüquqlarına verilən ən yüksək dəyərintəzahürüdür. Təsadüfi deyildir ki, Ölkəmizin Ali Qanununun ən böyükfəsli məhz insan hüquq və azadlıqlarına həsr olunmuşdur".

Seçilən
46
1
az.trend.az

2Mənbələr