"Yuventus" və Kenan Yıldız müqavilə müddətini uzatmaq üçün ortaq məxrəcə gələ bilmirlər.
Offsideplus.az xəbər verir ki, klubun əsas səhmdarlarından olan Con Elkann məsələyə müdaxilə etməsi gözlənilir.
Bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
K. Yıldızın hazırki sözləşməsi 2029-cu ilin yayında bitir. Onun məvacibi isə 1.7 milyon avrodur.