Millilərin oyunları ilə əlaqədar yaranan fasilədən yararlanmağı qarşısına məqsəd qoyan "Səbail"in planları bəlli olub.
Komandanın baş məşqçisi Elvin Məmmədovun Fanat.Az-a verdiyi məlumata görə, 1-ci Liqa təmsilçisi yoxlama oyunu keçirmək niyyətindədir.
"Məşqləri davam etdiririk. Legionerlər də düşərgədədirlər, tam heyətlə fasiləsiz çalışırıq. Noyabrın 14-də yoxlama oyunu keçirəcəyik. "Sabah"ın əvəzedici komandası ilə görüşəcəyik. Oyun Bayılda olacaq və 16:00-da başlayacaq".
Qeyd edək ki, "Səbail" 1-ci Liqada 7 turdan sonra 17 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və liderdən cəmi 2 xal geri qalır.
Mirağa