Sea Breeze

Bakının Nəsimi Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı sənədə əsasən, bu vəzifəyə Elxan Oqtay oğlu İbrahimov təyin edilib.

Prezidentin bundan əvvəl imzaladığı Sərəncama əsasən, Elxan İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Digər bir sərəncamla Elşən Nazim oğlu Həsənli Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

***

Prezident İlham Əliyevin digər Sərəncamı ilə Natiq Nuşravan oğlu Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

O, Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

***

Dövlət başçısının sərəncamına əsasən, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Çingiz oğlu Mürsəlov vəzifəsindən azad edilib.

O, Göyçay Rayon İcra Hakimiyyətinə başçısı təyin edilib.

***

Vüqar Vahid oğlu Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı digər sənədə əsasən, Vüqar Novruzov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

***

Elvin Nazim oğlu Paşayev Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Medinex
ETX
Medinex
ETX
Medinex
ETX