Bakı. Trend:
Ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və yabağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanzabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ayazaldılacaq.
Trend xəbərverir ki, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik vəkorrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirəolunan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsibarədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunlarındadəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, dinc dövrdə həqiqi hərbi xidmətinmüddəti ehtiyatdan həqiqi hərbi xidmətə çağırılanlar və ya könüllüdaxil olan zabitlər üçün 1 il 6 ay, bağlaşma üzrə həqiqi hərbixidmətə könüllü daxil olan zabitlər üçün 3 ilə qədərdir.
Təklif olunan dəyişikliyə əsasən, ehtiyatdan müddətli həqiqihərbi xidmətə çağırılanlar və ya bağlaşma əsasında həqiqi hərbixidmətə könüllü daxil olanlar üçün bu müddət 1 il (bu müddətbitdikdən sonra tərəflərin razılığı ilə onlar kadr zabit heyətinəkeçirilirlər), bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxilolan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün bu müddət 3ilədək (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə yenibağlaşma bağlanılır) olacaq.