AZ

VI İslam Həmrəyliyi Oyunları: Ağırlıqqaldıranımız gümüş medal qazandı

Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
 
Moderator.az xəbər verir ki, 110 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız birdən qaldırmada üç cəhddə 180 kiloqramın öhdəsindən gəlib.
 
Birinci yerə Özbəkistandan olan idmançı Əkbər Curayev (193 kq), üçüncü yerə isə Səudiyyə Ərəbistanından Əli Əl-Xəzal (175 kq) çıxıblar.
 
Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunları noyabrın 21-də başa çatacaq.
Seçilən
27
7
moderator.az

10Mənbələr