AZ

Kenan Yıldız Yuventus dan gedə bilər

ain.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

"Yuventus"un türk futbolçusu Kenan Yıldız komandadan ayrıla bilər.

QOL.az xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" məlumat yayıb.

Türin təmsilçisinin 20 yaşlı hücumçu ilə danışıqları dalana dirənib. "Yuventus" onunla 2030-cu ilin yayınadək müqavilə imzalamaq istəsə də, Kenandan razılıq ala bilməyib. 

Tərəflər dialoqu dayandırmaq qərarına gəliblər. Problem maliyyə baxımdan fikir ayrılıqlarındadır.

Avropanın nəhəng klubları isə vəziyyəti izləyirlər. Belə ki, Türkiyə millisinin üzvü "Çesi", "Real" və "Arsenal"ın transfer siyahısındadır. 

Qeyd edək ki, Kenan 2023-cü ildən "Yuventus"un əsas komandasında oynayır. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
3
qol.az

4Mənbələr