AZ

Tramvay xəttinə görə 2 ölkənin sərhədi dəyişdirilir - FOTO

Berndə Fransa ilə İsveçrə arasında sərhəd dəyişikliyinə dair 3 konvensiya imzalanıb.
Avtosfer.az “Le Matin” qəzetinə istinadla xəbər verir ki,  Cenevrə kantonu ilə Fransanın Yuxarı Savua departamenti arasında 3  ərazidə sərhədlər korreksiya ediləcək.
Tərəflər bu addımı ərazidə landşaftın dəyişməsindən sonra atmağa qərar veriblər. 2 ölkənin sərhəd kommunaları arasında yeni tramvay xəttinin çəkilməsi sərhədlərin  real vəziyyətə uyğunlaşdırılmasını zəruri edir.
Beynəlxalq hüquq 2 ölkə arasında eyni həcmdə ərazi mübadilələrinə icazə verir. Digər tərəfdən, tramvay həm isveçrəlilər, həm də fransızlar üçün prioritet nəqliyyat olduğu üçün əhali bu dəyişikliyə etiraz etmir. Cenevrə tramvayının 17-ci xətti bu şəhəri Fransanın Ferney kommunası ilə birləşdirir. Millətlər tramvayı adlanan bu xətt 2027-ci ildə istismara veriləcək. Bundan sonra 2 şəhər arasındakı gediş müddəti 16 dəqiqəyə enəcək. tramvay həm də avtobus reyslərinin sayını azaltmağa imkan verəcək.

Vüqar

FOTO QALEREYA
Seçilən
121
50
avtosfer.az

10Mənbələr