Noyabrın 12-də “Başkent” restoranında ənənəvi “İşgüzar Səhər Yeməyi” çərçivəsində 40-a yaxın Marsol Group partnyoru bir araya gəlib.
İştirakçılar öz fəaliyyətlərini tanıdıb, işgüzar əlaqələrin möhkəmləndirilməsi və gələcək planlar üzrə fikir mübadiləsi aparılıb, Marsol Group-un fəaliyyətləri ilə bağlı məlumat verilib.
Görüşdə Dövlət Məşğulluq Agentliyinin baş mütəxəssisi Aqşin Babayev agentliyin fəaliyyətləri haqqında məlumat verib, məşğulluq sahəsində sahibkarlarla əməkdaşlıq perspektivləri müzakirə olunub.
Bununla yanaşı, partnyorumuz “Kral Group”un tərkibində olan “Kral SR Construction” şirkətinin təqdimatı da baş tutdu. Şirkətin təsisçisi Rövşən Tağıyev çıxış edərək şirkətin fəaliyyətləri haqqında məlumat verib.




























