Bakı.Trend:
İki rayonun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasiləyaranacaq.
Trend xəbərverir ki, bu barədə "Azəriqaz"İB məlumat yayıb.
Bildirilib ki, Xəzər rayonunda yeni çəkilmiş qaz xəttinin“Zirə-Şimal DRES” magistral qaz kəmərinə birləşdirilməsi, Suraxanırayonunda qaz xəttinin hündürlüyə qaldırılması işləri ilə əlaqədar13.11.2025-ci il tarixdə saat 09:30-dan etibarən qaz təchizatıdayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Xaşa-Xunabağları ərazisində, Suraxanı rayonunun Əmircan qəsəbəsi, İlhamŞükürov küçəsində istehlakçıların qaz təchizatında müvəqqəti fasiləyaranacaq.