AZ

İran yeni “Şahed 161” dronunu sınaqdan keçirib

Ayna portalından verilən məlumata əsasən, ain.az bildirir.

Pilotsuz aparat kəşfiyyat və müşahidə məqsədləri üçün nəzərdə tutulub

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin İran dron mütəxəssisləri silahlı qüvvələrin nailiyyətlərinin sərgisi zamanı “Şahed 161” pilotsuz uçuş aparatını sınaqdan keçiriblər. Bu barədə AYNA.AZ “Mehr” agentliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, “Şahed 161” pilotsuz uçuş aparatı SEPAH Aerokosmik Qüvvələrinin nailiyyətlərindən biridir və müxtəlif missiyaları yerinə yetirməyə qadirdir.

Dronların maksimum mənzili 150 km, qalxma çəkisi 170 kq, uçuş müddəti iki saat, uçuş hündürlüyü 26.000 fut və maksimum kruiz sürəti 135 km/saatdır.

İran istehsalı olan pilotsuz aparat kəşfiyyat və müşahidə məqsədləri üçün nəzərdə tutulub və nəqliyyat vasitəsi əsaslı buraxılış qurğusundan istifadə edir.

“Şahed 161” pilotsuz aparatı 50 kq-a qədər ağırlığında iki bomba daşıya bilir. O həmçinin optik yük daşıya bilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
45
ayna.az

1Mənbələr