AZ

Təbrizdən mollarala mesaj: “Savadsız ekspertlərinizə ağıl və elm öyrədin”

İranda son günlər Azərbaycan mədəniyyəti ilə bağlı silsilə qərəzli fikirlər səsləndirilir. Tribunainfo.az xəbər verir ki, iki gün öncə İran Mədəniyyət Nazirliyinin nümayəndəsi bildirmişdi ki, guya, hazırkı rəqslərin Azərbaycan mədəniyyətinə aidiyyatı yoxdur.

Həmin şəxs iddia etmişdi ki, guya, Azərbaycan rəqslərinin çoxu “itib” və ya başqa xalqların rəqsləri ilə “qarışıb”.

Amma Tehrana bağlı qüvvələr bununla kifayətlənməyiblər. Dünən İran Radiosunun “Sənət Bağı” adlı proqramında “Dədə Qorqud” dastanının Azərbaycana aidiyyatı olmadığı iddia olunub. Belə ki, verilişdə iştirak edən “ekspert”lər bu dastanın başqa türklərə aid olduğunu deyiblər.

Amma İranda bəzi dairələrin anti-Azərbaycan davranışlarına cavablar da gecikməyib. Tribunainfo.az xəbər verir ki, Təbrizdə Azərbaycan və farsca nəşr olunan “Azər Əncümən” qəzeti İran Mədəniyyət Nazirliyinin nümayəndəsinə cavab olaraq, Azərbaycan rəqslərinin qədim tarixindən, onun necə yaranmasından və digər məsələlərdən yazıb. Nəşr qeyd edib ki, nazirliyin rəsmisi işlətdiyi ifadələrə diqqət etməli və faktlara əsaslanmalıdır.

Təbriz Şəhər Şurasının üzvü Rəsul Bərgi isə bu “Dədə Qorqud” dastanının Azərbaycana məxsus olmadığı iddiasına bir qədər sərt münasibət sərgiləyib. “Oradakı savadsız ekspertlər Azərbaycan tarixini öyrənməlidir. “Dədə Qorqud” xalis Azərbaycan dastanıdır. “Məlik Məmməd”, “Noxud” və onlarla nağılları atam mənə öz ana dilimdə danışıb. Bu adamlar atalarının gözünü çıxarıb, özlərini “Koroğlu” adlandırmaq istəyirlər. Əslində isə kor kişinin oğludurlar”.

Fərda Uğur

Seçilən
41
1
tribunainfo.az

2Mənbələr