Sünikdə "Tramp Marşrutu"nun (TRIPP) hissəsinin tikintisi 2026-cı ilin ikinci yarısında başlayacaq.
“İki sahil” Ermənistan KİV-inə istinadla xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı bildirib.
"İlin sonuna qədər plan tərtib ediləcək və layihənin bütün təfərrüatları təsvir ediləcək. Bunlar da 2026-cı ilin birinci yarısında təsdiqlənəcək, - o qeyd edib.