Azərbaycan karateçisi İrina Zaretska Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında final mərhələsinə vəsiqə qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, 68 kq çəki dərəcəsində çıxış edən idmançımız yarımfinalda Qvineya təmsilçisi Anne Koralie Keytaya 6:3 hesabı ilə qalib gəlib. Finalda Zaretska türkiyəli Eda Eltamurla üz-üzə gələcək.
Digər karateçimiz Nuran Rzazadə (67 kq) isə mübarizəni erkən başa vurub. O, 1/16 finalda özbəkistanlı Abdulvahab Raşidova 0:2 hesabı ilə məğlub olub.
Medal görüşləri bu gün Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.