AZ

Gecə yarısı restoranı güllələyib qaçdı - ANBAAN VİDEO

Türkiyənin Bursa şəhərində Yıldırım rayonunun Yeşilyayla məhəlləsində oktyabr ayında baş verən hadisə təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.

Musavat.com xəbər verir ki, hadisədə naməlum bir şəxs əvvəlcə piyada olaraq bir restorana yaxınlaşıb və səkidə söhbət edən iki nəfərdən çəkilmələrini xahiş edib.

Daha sonra həmin şəxs ov tüfəngi ilə restorana atəş açaraq hadisə yerindən qaçıb.

Kameralara düşən görüntülərdə şübhəlinin restorana yaxınlaşdığı, qapının qarşısında dayanan iki nəfərə əl və baş işarəsi ilə uzaqlaşmalarını işarə etdiyi, sonra isə atəş açaraq qaçdığı görünür. 

Polis şübhəlinin papaq və maska taxdığını, şəxsiyyətinin müəyyən edilməsi üçün əməliyyat başladığını açıqlayıb. Hadisə ilə bağlı istintaq davam edir.

Musavat.com

Seçilən
109
50
musavat.com

10Mənbələr