AZ

Rodriqo “Tottenhem”ə keçməyəcək

Madrid “Real”ının hücumçusu Rodriqo “Tottenhem”inə keçməyəcək.  

90deqiqe.Az xəbər verir ki, braziliyanın keçidi yüksək maaş səbəbindən transferin baş tutması praktik olaraq mümkün deyil. Bununla belə, futbolçunun yanvar ayında “Real”dan ayrılması istisna edilmir.

Əvvəlcə yayılan məlumatlarda bildirilib ki, “Spurs” braziliyalı futbolçu üçün 80 milyon avro ödəməyə hazırdır.

Cari mövsümdə 24 yaşlı futbolçu bütün turnirlər nəzərə alınmaqla 13 oyunda meydana çıxıb və 2 məhsuldar ötürmə edib. Transfermarkt ekspertləri onun bazar qiymətini 80 milyon avro qiymətləndirir.

Seçilən
37
90deqiqe.az

1Mənbələr