"Sabah" basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsində bu gün növbəti matçına çıxıb.
Apasport.az xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv Bakıda Fransa təmsilçisi "Elan Şalon"la üz-üzə gəlib.
B qrupunun matçı Milli Gimnastika Arenasında saat 20:00-da start götürüb.
Oyun qonaqların 89:87 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Bakı klubu daha əvvəl bu rəqibinə 71:84 hesabı ilə uduzub. "Sabah" həmçinin Çexiyanın "Nimburk" (65:93) və Almaniyanın "Alba" (76:85) komandalarına da məğlub olub.
"Meydanda sona qədər mübarizə aparan Azərbaycan millisi görəcəksiniz"
Millimiz Türkiyə klubu ilə qarşılaşıb
ABL: “Gəncə” NTD-yə qalib gəlib
ABL: VI turun daha bir oyunu keçirilib
"Quba" "Sərhədçi" ilə bacarmadı