Kişi basketbolçulardan ibarət “Sabah” komandası bu gün Çempionlar Liqasının qrupunda 4-cü oyununu keçirdi. “Bayquşlar” bütün əvvəlki oyunlarda olduğu kimi, yenə də uduzdular. Özü də acınacaqlı şəkildə! Təsəvvür edin ki, Rimas Kurtinaytisin çalışdırdığı komanda “Elan Şalon”la oyunun sonuncu – 4-cü çeyrəyinə 77:69 öndə başlamışdı. Amma “doğma divarlar” arasında 87:89 uduzmağı bacardılar. Gördüyünüz kimi, son çeyrəkdəki 10:20 “bayquşlar”ın məğlubiyyətini şərtləndi. Görəsən, Kurtinaytis bu dəfə günahı kimin üzərinə yıxacaq?
Sabah – Elan Şalon (Fransa) 87:89 (20:21, 31:17, 26:31, 10:20)
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta