"Sabah" FIBA Çempionlar Liqasında Bakıda "Elan Şalon" komandasına 87:89 hesabı ilə uduzub. 

Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında əvvəlcə oyunda 28 xala imza atan basketbolçu Keit Cordan fikirlərini bölüşüb:

"Bizim üçün bəxtsiz oyun oldu. Çox enerji sərf etdik. Sonda bəxtsiz olduq, nəticənin belə olmasınə üzüldük. Əsas məsələ ribaundlarda idi, imkanları əldən verdik". 

Baş məşqçi Rimas Kurtinaytis görüşü belə şərh edib: "Yaxşı oyun idi, çətin oldu. Təəssüf ki, irəlidə olduğumuz oyunun son dəqiqələrində üstünlüyümüzü itirdik. Biz matçı 6 nəfərlə oynadıq, 6 oyunçu 10 oyunçuya qarşı. 40 dəqiqə oynayanda altı nəfərlə oyunu bitirmək çətindir. Fərdi mübarizələrdə yaxşı çıxış etdik. Lakin çətinliklər üzə çıxır. Biz yaxşı oynadıq, futbolçulara bir sualım yoxdur, biz döyüşdük".