BAKI, 12 noyabr. TELEQRAF
Alman polisi təhlükəsizlik naminə Maqdeburqda Milad bazarını qadağan edib,.
Teleqraf xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
2024-cü ildə Milad bazarında insanlar hücum edən Taleb əl-Abdulmohsenin məhkəməsi başladığı üçün yarmarka qadağan edilib.
Maqdeburq meri Simone Borries qərara etiraz edib.
Polisin qadağası Almaniya Şoumenlər Assosiasiyasında da qəzəb doğurub.
Ötəl il dekabrın 20-də BMW X3 yüksək sürətlə Maqdeburqda Milad bazarına gələnlərin üzərinə çırpılıb. Hadisə nəticəsində 6 nəfər ölüb, 338 nəfər yaralanıb.