Finlandiyalı ulduz xizəkçi İvo Niskanen noyabrın 12-si səhər Finlandiya prezidenti Aleksandr Stubbla birgə məşq edib.
Publika.az xəbər verir ki, bu barədə 33 yaşlı idmançı “Instagram” səhifəsində məlumat verib.
Prezident Stubb işgüzar səfərlə Niskanenin yaşadığı Kuopio şəhərinə gəlib. Onlar birlikdə səhər qaçışı ediblər və 2026-cı il Qış Olimpiya Oyunları zamanı yenidən görüşmək barədə razılığa gəliblər.
“Səhər qaçışı tanış yerlərdə, amma yüksək tempdə. Milan/Kortina-2026-da qəhvədə görüşərik”, – deyə yazıb Niskanen.
“Qaçışıma qoşulduğun üçün təşəkkürlər. Gün yaxşı başladı. Məşqlərində uğurlar. Milan/Kortinada espresso içərik, mütləq”, – deyə Stubb cavablayıb.