BAKI, 13 noyabr. TELEQRAF
ABŞ və Çin birgə səylərlə fentanil istehsalına gedən əsas kanalları bağlayıblar.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Federal Təhqiqatlar Bürosunun (FBI) direktoru Keş Patel məlumat verib.
“Prezident Donald Tramp, əslində, hər il on minlərlə amerikalının ölümünə səbəb olan fentanil istehsal kanalını dayandırıb,” - Patel Ağ Evdə keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, fentanil istehsalında istifadə olunan 13 kimyəvi prekursor artıq Çin hökuməti tərəfindən qadağan olunub və bu maddələr Meksikalı narkotik qaçaqmalçılığı ilə məşğul olan qrupların əlinə keçməyəcək.
FBI rəhbəri əldə olunan razılaşmanı “tarixi nailiyyət” adlandırıb, lakin əsas təşəbbüsün Vaşinqtona məxsus olduğunu vurğulayıb.
Qeyd edək ki, Çin hakimiyyəti noyabrın 10-da ABŞ, Kanada və Meksikaya ixrac edilən 13 növ kimyəvi prekursor üçün icbari lisenziya tətbiq edildiyini açıqlamışdı.