AZ

G7: İran ABŞ ilə birbaşa danışıqlara başlamalıdır

BAKI, 13 noyabr. TELEQRAF

Kanadanın sədrliyi ilə keçirilən G7 xarici işlər nazirlərinin görüşündən sonra yayımlanan birgə bəyanatda qeyd olunur ki, İran öz nüvə proqramı ilə bağlı ABŞ-lə birbaşa danışıqlara keçməlidir.

Teleqraf xəbər verir ki, sənədKanada Xarici İşlər Nazirliyinin mətbuat xidməti tərəfindən yayılıb.

Vurğulanır ki, Tehran Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə tam əməkdaşlığı bərpa etməlidir. Bu, ölkənin nüvə obyektlərində inspeksiyaların yenidən başlamasını nəzərdə tutur.

“Biz İranı ABŞ ilə, “Avropa üçlüyü” (Böyük Britaniya, Fransa və Almaniya) tərəfindən dəstəklənən birbaşa danışıqlarda iştirak etməyə çağırırıq”, -bəyanatda qeyd olunur.

Seçilən
50
teleqraf.com

1Mənbələr