AZ

Həcc ziyarəti üçün Yeni qaydalar

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyi növbəti mövsümdən etibarən zəvvarlar üçün yeni qaydalar tətbiq edəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, vizanın verilməsi zamanı zəvvarlardan sağlamlıq sertifikatı təqdim etmələri tələb olunacaq.

Sənəd Həcc Bürosu və tibbi missiyanın məsul şəxsi tərəfindən təsdiqlənməli və “Masar” platformasında elektron şəkildə qeydiyyata alınmalıdır.

Yeni qaydalara əsasən, qurbanlıq heyvanların alınması və kəsilməsi üçün ödənişlər “Adahi” platforması və Həcc büroları vasitəsilə həyata keçiriləcək.

Səudiyyə Ərəbistanının Həcc və Ümrə naziri Taufiq əl-Rəbia bildirib ki, Məkkə məscidinə və digər müqəddəs məkanlara giriş üçün “Nusuk” kartının istifadəsi məcburi olacaq.

Nazir əlavə edib ki, bütün maliyyə və inzibati əməliyyatlar “Nusuk” və “Masar” platformaları üzərindən aparılacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
83
qafqazinfo.az

1Mənbələr