AZ

Satış rekordları qıran "qara" diş məcunları - Həqiqətən xeyri var?

Kömür tərkibli diş pastaları indi populyardır, ancaq onların effektivliyi həmişə elmi əsaslarla təsdiqlənmir.

Milli.Az xəbər verir ki, bunu tibbi eksperti Natalya Urvantseva deyib.

"Qeyri-adi komponentlər, rəngli əlavələr və kömür tərkibli pastalar indi populyardır, çünki vizual olaraq cəlbedici görünür və marketinqdə "detoks", "təbiilik" və "eko" kimi vədlər verilir. Lakin bu pastaların effektivliyi həmişə elmi əsaslarla təsdiqlənmir.

Ağardıcı və kömür tərkibli pastalar ləkələri və rənglənmiş plaku aradan qaldıra bilər, amma onları həddindən artıq və ya gündəlik istifadə etmək təhlükəlidir. Bu, mina təbəqəsinin aşınmasına, dişlərin həssaslaşmasına və estetik bərpa işlərinin pozulmasına səbəb ola bilər. Xüsusilə kömür tərkibli pastalar yalnız qısa kurslar üçün tövsiyə olunur, davamlı istifadə edilməməlidir.

Həkim sonda dişlərin sağlamlığını və təbii ağlığını qorumaq üçün elmi əsaslı komponentlərdən istifadə etməyi məsləhət görüb.

İsmayıl
Milli.Az

Seçilən
42
1
milli.az

2Mənbələr