AZ

Süni intellektlə idarə olunan ilk mətbəx: Saatda 120 çeşid yemək hazırlayır

Almaniyanın Düsseldorf şəhərində yerləşən REWE supermarketində insan müdaxiləsi olmadan təzə yeməklərin hazırlandığı avtomatlaşdırılmış mətbəx fəaliyyətə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə "Interesting Engineering" nəşri məlumat yayıb.

Münhendə yerləşən "Circus SE" şirkəti burada özünün “CA-1 Series 4” adlı sistemini quraşdırıb. Bununla da dünyanın süni intellektlə idarə olunan ilk mətbəxi istifadəyə verilib.

Şəffaf şüşə ilə əhatə olunmuş bu kompakt mətbəx yeməyin hazırlanmasının bütün mərhələlərini - inqrediyentlərin seçilməsindən tutmuş bişirilməsinə və avadanlığın təmizlənməsinə qədər tam avtomatik şəkildə həyata keçirir. Sistem “Circus” adlı xüsusi süni intellekt platforması tərəfindən idarə olunur.

Müştərilər artıq restoran keyfiyyətində yeməkləri birbaşa mağazada sifariş edə bilirlər. Bir xidmətin qiyməti 6 avrodan başlayır və hazırlıq prosesi cəmi bir neçə dəqiqə çəkir. Tərtibatçıların sözlərinə görə, robot saatda 120-yə qədər yemək bişirə bilir və fasiləsiz şəkildə eyni keyfiyyəti təmin edir.

Seçilən
47
publika.az

1Mənbələr