AZ

Qətər, Özbəkistan, Qazaxıstan - Onlarla oyunlarımızın vaxtı müəyyənləşdi

Azərbaycanın qadınlardan ibarət həndbol millisinin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarındakı matçlarının vaxtı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, B qrupunda yer alan kollektiv ilk oyununu noyabrın 13-də Qətər yığmasına qarşı keçirəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Milli noyabrın 15-də Özbəkistanla üz-üzə gələcək. Bu görüş eyni vaxtda start götürəcək.

Son qarşılaşma isə noyabrın 17-də, saat 15:00-da Qazaxıstan millisi ilə oynanılacaq. Bütün matçlar "Green Hall" Olimpiya Kompleksində baş tutacaq.

İslamiada noyabrın 21-də başa çatacaq.

Seçilən
55
sportinfo.az

1Mənbələr