AZ

Braziliya Prezidenti Trampla rüsumları müzakirə etmək istəyir

BAKI, 13 noyabr. TELEQRAF

Braziliya Prezidenti Luis İnasio Lula da Silva ABŞ prezidenti Donald Trampa zəng edərək ABŞ-nin Braziliya məhsullarına tətbiq etdiyi gömrük rüsumlarını yenidən müzakirə etməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə "CNN Brasil" telekanalı mənbələrə istinadla məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Lula danışıqların sürətləndirilməsinə nail olmaq niyyətindədir. Bundan əvvəl, noyabrın 12-də Braziliyanın xarici işlər naziri Mauro Vieyra və ABŞ dövlət katibi Marko Rubio da şəxsən görüşmək barədə razılığa gəliblər. Danışıqlar noyabrın 13-də Vaşinqtonda keçiriləcək.

Qeyd edək ki, ABŞ avqust ayında Braziliya məhsullarına qarşı yeni gömrük rüsumları tətbiq etmişdi.

Seçilən
52
teleqraf.com

1Mənbələr