AZ

G7 ölkələri Kiyevi dəstəkləmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadəni müzakirə edir

ain.az, Apa.az saytına istinadən bildirir.

G7 ölkələri dondurulmuş Rusiya aktivlərindən Ukraynanı dəstəkləmək üçün istifadə etmək imkanlarını müzakirə etməyə davam edir.

APA xəbər verir ki, bu, G7 ölkələri xarici işlər nazirlərinin Kanadanın Ontario şəhərində keçirilən görüşündən sonra verdiyi birgə bəyanatda bildirilir.

“G7 ölkələri Ukraynanı dəstəkləmək məqsədilə öz yurisdiksiyalarında dondurulmuş Rusiya aktivlərinin daha da koordinasiyalı şəkildə istifadəsi də daxil olmaqla, bir sıra maliyyə variantlarını müzakirə edirlər”, - sənəddə deyilir.

Sənəddə həmçinin qeyd olunur ki, G7 ölkələri Moskvaya təzyiqi artırmaq niyyətindədirlər və Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı maliyyələşdirməsinə guya yardım edən ölkələrə qarşı tədbirləri də araşdırırlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
61
1
apa.az

2Mənbələr