Noyabrın 11-də Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" tipli hərbi nəqliyyat təyyarəsinin qalıqları araşdırmaların tamamlanmasının ardından Kayseriyə göndəriləcək.
Far.Az "Yeni Şafak"a istinadla xəbər verir ki, hadisə yerində Türkiyə və Gürcüstan müvafiq qurumlarının əməkdaşları tərəfindən genişmiqyaslı istintaq aparılır.
İlkin mərhələ bitdikdən sonra təyyarənin hissələri Kayseridəki hərbi bazaya köçürüləcək və orada texniki təhlil və ekspertiza həyata keçiriləcək.
Xatırladaq ki, faciə nəticəsində təyyarədə olan bütün 20 hərbçi şəhid olub. Onlardan 19-nun cəsədi artıq tapılıb.
Bundan əvvəl, noyabrın 12-si gecə saatlarında qəza baş verən təyyarənin qara qutusu Türkiyəyə aparılıb.