AZ

Konte "Napoli"nin məşqinə qatılmadı - Klub açıqlama yaydı

Beynəlxalq fasilə başlayandan bəri bir çox oyunçusu milli komandaya gedən "Napoli" məhdud heyətlə məşq edir.

Fanat.Az xəbər verir ki, bununla belə, baş məşqçi Antonio Kontenin düşərgədə olmaması İtaliya KİV-ində onun klubdan ayrılacağl ilə bağlı şaiyələrə yol açıb. 

Nəticədə Neapol klubu açıqlama verməyə məcbur qalıb. "Napoli"nin mətbuat xidmətinin məlumatına görə, məşqçinin komandanın məşqində iştirak etməməsi onun noyabrın 17-dək şəxsi işləri ilə əlaqədardır. Kontenin "Napoli"dən ayrılması bir müddət əvvəldən nəzərdə tutulub. İtaliya çempionları hazırda köməkçi məşqçi Kristian Stellininin rəhbərliyi altında çalışır. 

Qeyd edək ki, "Napoli" “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindəndir. "Qarabağ" ilə "Napoli" arasındakı oyun noyabrın 26-da Neapolda baş tutacaq.

Mirağa

Seçilən
96
fanat.az

1Mənbələr