AZ

Braziliyada keçirilən COP30 əlbəyaxa dava düşdü – FOTO

Reuters xəbər verir ki, Braziliyanın Belém şəhərində ölkənin yerli xalqlarının nümayəndələri də daxil olmaqla, onlarla fəal BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP30) basqın edib.

Bəziləri əllərində “Torpağımız satılmır” yazılmış lövhələr tutublar. Tupinamba icmasının yerli lideri Gilmar izah edib ki, etirazçılar torpaqlarının aqrobiznesdən, neft hasilatından, qanunsuz mədənçilikdən və ağac kəsimindən azad edilməsini tələb edirlər.

Etirazçılar girişə basqın edərək ən azı bir qapını sındırıb və sonra xüsusi buraxılışla keçirilən əraziyə soxulublar. Təhlükəsizlik işçiləri onları geri itələyib və girişdə masalarla barrikada qurublar.

Reuters-in məlumatına görə, ən azı iki təhlükəsizlik əməkdaşı yaralanıb – biri ağır çubuqla vurulub, digəri isə qarın nahiyəsindən xəsarət alaraq əlil arabasında aparılıb.

Seçilən
65
moderator.az

1Mənbələr