AZ

Bu stansiyanın çıxışlarından biri bağlandı - FOTOlar

Metronun "Nəriman Nərimanov" stansiyasının çıxışlarından biri bağlanıb.

Milli.Az xəbər verir ki, bu gün səhərdən etibarən stansiyanın çıxışından (4) sərnişinlərin istifadəsinə məhdudiyyət qoyulub.

İlkin məlumata görə, çıxış təmirə görə bağlanıb.

Qafqazinfo.az məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-yə sorğu ünvanlayıb, açıqlama veriləcəyi bildirilib.

***

"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki,  "Nəriman Nərimanov" stansiyasının 4-cü keçid çıxışında divar üzlüklərinin bərpası işlərinə başlanılıb:

"Təmir müddətində sərnişinlərdən müvəqqəti olaraq 5 saylı çıxışdan istifadə etmələri xahiş olunur. İşlərin noyabrın sonunadək tamamlanması nəzərdə tutulur"./qafqazinfo.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
27
1
milli.az

1Mənbələr