AZ

DÇ-2026: Azərbaycan millisi seçmə mərhələdə bu gün İslandiya ilə üz-üzə gələcək

Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu bu gün keçirəcək.

Ölkə.az-ın məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Bakıda İslandiya yığmasını qəbul edəcək.

8-ci km qəsəbə stadionundakı qarşılaşma saat 21:00-da start götürəcək. Matçı monteneqrolu FIFA referisi Nikola Dabanoviç idarə edəcək.

Qrupun digər oyununda Fransa Ukraynanı qəbul edəcək. Bu görüş saat 23:45-də başlayacaq.

Qeyd edək ki, dörd oyundan sonra Fransa 10 xalla D qrupunda liderdir. Ukraynanın 7, İslandiyanın 4, Azərbaycanın 1 xalı var.

Seçilən
25
11
olke.az

10Mənbələr