AZ

Yanvar-oktyabr aylarında 45,2 min şəxsə əlillik təyin olunub

BAKI,TurkicWorld

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2025-ci ilin yanvar-oktyabr ayları ərzində 45,2 min şəxsə əlillik təyin edilib.

TurkicWorld xəbər verir ki, onlardan 20,7 min şəxsə ilkin, 24,5 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

Seçilən
28
8
turkic.world

9Mənbələr