AZ

"Dedi ki, Azərbaycandan sənə çay almışam" - Qəzada ölən hərbçinin atası - FOTO

Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəsində şəhid olan 27 yaşlı hərbçi Berkay Karacanın atası Nedim Karaca açıqlama verib.

Ata qəzadan bir gün əvvəl oğlu ilə telefonla danışıb:

"Oğlum mənə dedi ki, 'Ata, sən çayı çox sevirsən deyə, Azərbaycandan sənə çay aldım'. Mənə zarafatla sataşırdı. 'Bir qrup adam getdi, sonra biz də gələrik' dedi. Amma gələ bilmədi" .

Qəzada ölən İlhanın atası: "Oğlumun arzusu şəhid olmaq idi" - FOTO
Təqaüdçü əsgər olan Nedim Karaca oğlunun da öz izindən gedərək hərbçi olduğunu söyləyib:

"Oğlum işini çox sevirdi. Səkkiz il xidmət etdi. Bu il təyinatla bağlı idi. Dəfələrlə deyirdi ki, 'Ata, qayıdacağam, köçürülmə üçün müraciət edəcəyəm'. Amma nəsib olmadı" .

Dərin kədər içində danışan ata sözlərini belə tamamlayıb:

"Oğlumun toyunu yox, yasını edirəm. O, anasına demişdi: 'Ana, mən şəhid olacağam, sən də Vətən sağ olsun deyəcəksən, möhkəm dayanacaqsan'. Yaşasın Vətən" .

Xatırladaq ki, noyabrın 11-də Azərbaycan-Gürcüstan sərhədində Türkiyə Silahlı Qüvvələrinə məxsus "C-130" tipli təyyarənin qəzaya uğraması nəticəsində 20 hərbçi həlak olub./Milli.az/

Seçilən
34
2
musavat.com

3Mənbələr