AZ

İnək qəssabdan qaçdı, qoyunların arasında gizləndi

ain.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

Almaniyada inək qəssabdan qaçaraq qoyun sürüsü arasında gizlənib.

AzPost bildirir ki, bu barədə”Rhein-Neckar-Zeitung” qəzeti məlumat yayıb.

Mükke adlı 3 yaşar inək kəsilmək üçün qəssabxanaya verilib. Lakin inək fermadan qaçaraq bir neçə həftə Nekkargemünd şəhəri yaxınlığındakı meşədə gizlənib. Sonra yerli çoban qəfildən inəyin qoyun sürüsünə qoşulduğunu aşkar edib. Kişi azmış inəyi müvəqqəti plastik hasarla çəpərləsə də inək maneəni aşaraq qoyun sürüsününə qayıdıb. “İnək qoyun iylədi və xoşuna gəldi. Çox yaxşı uyğunlaşıb. Qoyunlar da bundan narahat deyillər”, – deyə çoban “Rhein-Neckar-Zeitung” qəzetinə bildirib.

Sürü başqa bir çəmənliyə köçəndə Mükke sahibinə qaytarılıb. Sahibi inəyi yenidən kəsmək istəyib, lakin bu zaman heyvan hüquqları fəalları müdaxilə ediblər. Təxminən 2000 heyvana qulluq edən Rüsselheim sığınacağının nümayəndələri inəyə kömək etmək üçün onlayn ianə toplama kampaniyası başladıblar. 13 noyabr səhəri Almaniya sakinləri artıq 5000 avrodan çox ianə edib. Plana əsasən, inək başqa bir fermaya bağışlanacaq və onlar inəyin saxlanma xərclərini təmin edəcəklər”.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
103
1
azpost.info

2Mənbələr