AZ

Aprel savaşında Sarkisyan Putinə nə yazıb? - Paşinyan sirləri açdı

Ermənistan Baş naziri Nikol Paşinyanın Serj Sarkisyanın Qarabağ uğursuzluğu ilə bağlı bütün danışıqları məxfilikdən çıxaracağı haqda açıqlamasına aydınlıq gətirib.

Bakıvaxtı.az xəbər verir ki, erməni mediasının bu istiqamətdə sualına cavab olaraq Paşinyan Sarkisyanın məxfi məktubu ona deyil, “digər ölkənin prezidentinə” yazdığını açıqlayıb. Vurğulayıb ki, məktubun məxfilikdən çıxarılması prosesinə başlanılması üçün göstəriş verib və ilin sonuna qədər o məktub ictimaiyyətə açıqlanacaq.

“Hraparak” isə yazıb ki, söhbət böyük ehtimalla Aprel savaşından sonra Rusiya Prezidenti Putinə ünvanlanan məktubdan gedir. Məktubda Sarkisyanın Azərbaycan Ordusunun qarşısında durmağa gücü olmadığını bildirdiyi, Rusiyadan yardım xahiş etdiyi ehtimal edilir.

Qeyd edək ki, bu, Paşinyana müxalif olan nəşrin versiyasıdır. Amma 2016-cı ilin aprelində başlayan savaşın dayanmasının səbəbi o idi ki, Ermənistan Prezidenti Serj Sarkisyan rayonların qaytarılması ilə bağlı öhdəlik götürmüşdü. Lakin sonradan Sarkisyan seçkiləri bəhanə edərək, vaxtı uzatdı, daha sonra isə hakimiyyəti Paşinyana təhvil verdi.

Həmin ərəfədə Rusiya lideri Vladimir Putin və XİN başçısı Sergey Lavrov da 5+2 prinsipi ilə rayonların geri qaytarılması öhdəliyinə Ermənistanın əməl etməsi gərəkdiyinə dəfələrlə eyham vurmuşdular. Çünki Sarkisyanın verdiyi vədin qarantı rolunda Putin çıxış etmişdi.

Seçilən
23
6
bakivaxti.az

7Mənbələr