AZ

Azərbaycanda gələn il ümumi və məktəbəqədər təhsil xərclərinə 2,9 milyard manat vəsait nəzərdə tutulur

Bakı, 13 noyabr, AZƏRTAC

Azərbaycanda gələn il ümumi və məktəbəqədər təhsil xərclərinə 2,9 milyard manat, dövlət sifarişi də daxil olmaqla ali təhsilin maliyyələşdirilməsinə 828,5 milyon manat, peşə və orta ixtisas təhsilinə 199,7 milyon manat, təhsil sahəsi üzrə məqsədli proqramlar və tədbirlər, habelə təhsil sahəsində tətbiqi tədqiqat xərclərinə 1,1 milyard manat vəsait ayrılması nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov noyabrın 13-də Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, dövlət sifarişi ilə ali təhsilin maliyyə təminatı üçün ayrılacaq vəsaitin 42 milyon manatı həssas qrupdan olan 18,5 min nəfər tələbənin müvafiq olaraq təhsil və təqaüd xərcləri üçün nəzərdə tutulub. Həmçinin əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığını daha da artırmaq və ali təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə təhsil tələbə kreditinin verilməsi və təhsil sahəsində rəqabətli maliyyələşmə və idarəetmə mexanizmlərinin yaradılması və tətbiqi üçün növbəti ilin dövlət büdcəsində 15 milyon manat vəsait proqnozlaşdırılır.

 

Seçilən
15
4
azertag.az

5Mənbələr