Son 5 il ərzində qəzalı məktəblərin sayı təxminən 2,5 dəfə azalıb. Biz minə yaxın məktəbdən bu gün artıq 400-dən aşağı sayda məktəbə enmişik. Bu isə hər il orta hesabla 100 məktəbin yenidən tikilməsi və ya əsaslı təmiri deməkdir.
Yerdə qalan təxminən 400-dən az məktəbimiz var ki, bunların ya əsaslı təmirə, ya da yenidən tikintiyə ehtiyacı var. Bu məsələnin həlli isə bir mənalı şəkildə hər il bu istiqamətdə ayrılan maliyyədən və planlı yanaşmadan asılıdır.
Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirilib.
Düzgün başa düşmək lazımdır ki, bu məktəblərin hamısının bir ilə təmiri və ya yenidən tikilməsi mümkün deyil. Bu, təbii ki, obyektiv səbəblərlə bağlıdır. Lakin bu proses yəqin ki, 6-7 ilə əsaslı şəkildə həll oluna bilər. Biz əsasən ilk növbədə daha böyük məktəblərin bərpası ilə məşğuluq.