AZ

“Neftçi” və “Kəpəz”in sabiq hücumçusu iki ildən sonra meydana qayıdır

ain.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan azarkeşlərinə tanış olan futbolçu yenidən futbola dönür. Sport24.az xəbər verir ki, "Neftçi" və "Kəpəz"in sabiq hücumçusu Dario Frederiko Braziliyada çıxış etdiyi "Mariliya" klubuna qayıdır. D Seriyasında çıxış edən klubun rəhbərliyi 34 yaşlı forvardın 1 dekabrda komandaya qoşularaq hazırlıq prosesinə başlayacağını təsdiqləyib.Dario axil dabanı vətərindəki zədə səbəbindən iki ildir rəsmi oyunda iştirak etmir. Razılaşmaya əsasən, braziliyalı futbolçu əvvəlcə komanda ilə birgə məşqlərdə iştirak edəcək. Əgər tam bərpa olunsa və baş məşqçi Rikardo Kostanın planlarına uyğun gələrsə, onunla rəsmi müqavilə imzalanacaq.Sonuncu dəfə Dario 2023-cü ilin dekabrında Hindistan təmsilçisi "Rajasthan United"in heyətində meydana çıxıb. Karyerası ərzində Portuqaliya, Azərbaycan, Cənubi Koreya, Latviya, Vyetnam, Tanzaniya və Hindistan kimi ölkələrdə forma geyinən təcrübəli oyunçu "Kəpəz"dəki çıxışı ilə Azərbaycan azarkeşlərinin yaddaşında qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
sport24.az

1Mənbələr