Bakı. Trend:
Son 5 ildə qəzalı məktəblərin sayı 2,5 dəfə azalıb. Əvvəllər busay 1000 idisə, indi 400-dən azdır. Bu, hər il təxminən 100məktəbin yenilənməsi deməkdir.
Trend xəbərverir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli MəclisinAqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsilkomitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cıil dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanıdeyib.
Nazir vurğulayıb ki, hazırda bu məktəblərin ya əsaslı təmirə, yada yenidən tikintisinə ehtiyac var. Bu işlərin hamısının qısamüddətdə görülməsi mümkün deyil və əsasən maliyyə imkanlarındanasılıdır:
"2003-2025-ci illər ərzində 3600-dən çox məktəb binası tikilibvə əsaslı təmir edilib. Bu tədbirlər nəticəsində 1,3 milyondan çoxşagirdin təhsil şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.
2025-ci ildə dövlət əsaslı vəsait qoyuluşu hesabına 47 təhsilmüəssisəsində tikinti-quraşdırma işləri aparılıb, 20 təhsilmüəssisəsinin tikintisi və təmiri başa çatdırılıb".
E.Əmrullayev qeyd edib ki, Elm və Təhsil Nazirliyi böyükməktəblərə və çox sayda şagirdi olan müəssisələrə üstünlükverir.
“Kiçik həcmli məktəblər üçün isə daha qənaətcil və ehtiyacauyğun layihələrin hazırlanması vacib sayılır. Məsələn, 150–200şagirdlik məktəbdə böyük idman zalının tikilməsi məqsədəuyğunolmaya bilər. Bu baxımdan, standartların yenidən nəzərdənkeçirilməsi planlaşdırılır”, - deyə o qeyd edib.